Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi

23:18 - 12 May 2026 - GÜNDƏM

 Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi

“Speys” müstəqil teleradio şirkətində kadr dəyişiklikləri davam edir. Verilən məlumata görə, telekanalın icraçı direktoru Nəriman Əbdüləliyev bu gün vəzifəsindən uzaqlaşdırılıb. Məsələ ilə bağlı məlumatı jurnalist Arifə Əliyeva paylaşıb.

BUTA.TV Konkret.az-a istinadla xəbər verir ki, Nəriman Əbdüləliyev artıq bu gün kollektivlə görüşərək onlarla vidalaşıb. Qeyd edək ki, o, “Speys” TV-nin keçmiş baş direktoru Vado Karovinin kürəkənidir.

Vado Karovinin kanaldakı fəaliyyəti başa çatdıqdan sonra, Nəriman Əbdüləliyevin də tezliklə işdən çıxarılacağı media dairələrində gözlənilən addım kimi qiymətləndirilirdi.

Hazırda telekanalda rəhbər vəzifələrə yeni təyinatların olub-olmayacağı maraq doğurur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol