Bakı şəhəri, Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, qəza Zığ qəsəbəsində olub.
Belə ki, BYD markalı nəqliyyat vasitəsini idarə edən sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil yolun kənarında dayanan "Opel"ə çırpılıb. Zərbənin təsiri nəticəsində "Opel" markalı nəqliyyat vasitəsi səkidə hərəkətdə olan yaşlı qadını vurub. Nəticədə səkidə qadın hadisə yerində ölüb.
Sürət həddini endirə bilməyən BYD-nin sürücüsü yol kənarında dayanmış digər avtomobilə - "Prius"a çırpılıb.
Hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Sakinlərin sözlərinə görə, sürücülər nəqliyyat vasitələrini yüksək sürət ilə idarə etdiklərinə görə qeyd olunan ərazidə dəfələrlə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
- 190 minlik dələduzluq: 4 nəfər saxlanıldı
- Yaponiya İran müharibəsi başlayandan bəri Azərbaycandan ilk neft partiyasını alacaq
- 61 yaşlı kişi iş yerində qəfil öldü
- Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - VİDEO
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?