Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı

09:01 - 10 May 2026 - HADİSƏ

 Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV”nun məlumatına görə, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.

Ölən şəxslərin hərbçi olduqları bildirilir.

FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölən şəxslərin adları məlum olub.

Onlar - leytenant Mehtiyev Faiq Xanqulu oğlu, çavuş Qəhrəmanov Saday Yaqub oğlu, çavuş Novruzov Ruslan Ramil oğlu, Abbasov İsmayıl Abdulla oğludur.

Ziya Əmirxanlı




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol