Ukrayna dronlarının ardıcıl hücumlarını dəf etməyə çalışan Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələrinin sursatı tükənmək üzrədir. Rusiyanın bir çox bölgəsində neft emalı zavodları və digər obyektlər demək olar ki, müdafiəsiz qaldığı halda, HHM qüvvələri əsasən Moskvanın qorunmasına cəmləşdirilib.
BUTA.TV xəbər verir ki, bunu müdafiə texnologiyaları üzrə ekspert David Hamblinq "Forbes" üçün yazdığı məqalədə qeyd edib.
Bildirilir ki, Rusiyada raket çatışmazlığının geniş yayılmış xarakter aldığı və getdikcə daha da ağırlaşdığına dair əlamətlər var.
Ekspert vurğulayıb ki, dünyada heç bir ordunun Rusiya qədər çoxsaylı mobil zenit-raket sistemləri ehtiyatı yoxdur. NATO orduları adətən havada üstünlüyə malik olduqları fərziyyəsi ilə fəaliyyət göstərirlər, ruslar isə hələ sovet dövründən mobil raket sistemlərinə böyük vəsait yatırıblar:
Ləğv edilən “Bakı Taksi Xidməti”nin rəhbəri kimdir? - MARAQLI FAKTLAR
“ABŞ-ın cəmi bir neçə yüngül “M-ŞORAD” və “M1097 Avenger” sistemi olduğu halda, rus ordusunda yüzlərlə ağır texnika mövcuddur. Bunlara tırtıllı “Tor-M” və səkkiztəkərli “Pantsir-S” kompleksləri daxildir. Bu sistemlər qırıcı təyyarələr, hücum helikopterləri və qanadlı raketlər də daxil olmaqla, müxtəlif hava təhdidlərinin qarşısını almaq üçün nəzərdə tutulub.
Ukraynanın “Fire Point F-1” və “An-196” “Lyutıy” dronları yüksək sürət və manevr qabiliyyəti ilə seçilməsə də, Rusiya HHM sistemi onları həmişə zərərsizləşdirə bilmir”.
Bundan əlavə, Hamblinq xatırladıb ki, belə PUA-ların qiyməti təxminən 60 min dollar olduğu halda, “Tor” kompleksi tərəfindən buraxılan 9M330 raketinin qiyməti 600 min dollardan bir qədər çoxdur.
- Baş nazirdən yeni qərar
- Sabahın havası: 27 dərəcə isti, yağış...
- Dövlət Məşğulluq Agentliyi bu il 5600 şəxs üçün peşə kursları təşkil edib
- FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı
- Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət ediblər
- Azərbaycanlı ailənin Parisdə əllərindən alınan övladları geri qaytarıldı
- Bu halda etibarsız nikah etibarlı sayıla bilər - Ali Məhkəmə
- “Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”