Dostunun mühakimə prosesində iştirakdan sonra məhkəmə binasını tərk edib gedərkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan və məsuliyyətə cəlb olunan Peyman Həziyevin cinayət işi üzrə araşdırma başa çatıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Peyman Həziyevin maddəsi 234.4.3-cü maddədən 234.1-1-ci maddəyə tövsif olunub və ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
- Azərbaycanda əhali azalır: Miqrasiya və doğum statistikası narahat edir
- Qəbiristanlıqdan tapılan azyaşlı ilə bağlı dəhşətli faktlar - Video
- 22 yaşlı qız atası ilə bağlı videomüraciət yayıb kömək istədi
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir