Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib.
Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmisi A.Qasımlı tərəfindən cinsi istismara məruz qalıb. O, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etdiyini və buna görə atası və əmisi tərəfindən təhdid edildiyini deyib:
“A.Qasımlı mənim köhnə e-mail hesablarımı, yazışmalarımı və sair şəxsi video və şəkillərimi qanunsuz şəkildə əldə edərək əleyhimə sübut olaraq istifadə etməyə çalışır. Eyni zamanda atam da məni dəlixanaya saldırmaq üçün təhdidlər edir”.
N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumların məsələni nəzarətə götürməsini istəyib.
Əldə etdiyimiz məlumata görə, səsləndirilən iddia və ittihamlarla bağlı polis tərəfindən araşdırma aparılır.
- Azərbaycanda əhali azalır: Miqrasiya və doğum statistikası narahat edir
- Qəbiristanlıqdan tapılan azyaşlı ilə bağlı dəhşətli faktlar - Video
- 22 yaşlı qız atası ilə bağlı videomüraciət yayıb kömək istədi
- Abşeronda əməliyyat: saxlanılanlar var
- Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar
- Bu şəhərdə su xəttində qəza: məhdudiyyət tətbiq edilir
- Sakinlərin diqqətinə: Sabah bu ərazilərdə qaz olmayacaq
- Sürücülərin diqqətinə: Bu yolda radar nəzarəti gücləndirilir