Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar

21:02 - 6 May 2026 - CƏMİYYƏT

 Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar

Aprelin 28-dən etibarən M1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 53-cü km-dən 185-ci km-nə qədər olan hissəsində maksimal hərəkət sürətinin 130 km/saat olduğunu bildirən yol nişanlarının quraşdırılması başa çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Respublika ərazisindəki ödənişli avtomobil yollarında nəqliyyat vasitələrinin maksimal hərəkət sürəti 110 km/saatdan 130 km/saata qaldırılıb", - deyə məlumatda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol