Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 5600 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.
BUTA.TV xəbər verir ki, onlardan 1900 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 3700 nəfər üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.
Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.
Hazırda peşə kurslarının təşkilində 186 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir.
“Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”
Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir.
- ADY Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır
- Xüsusi icra məmuru olmaq istəyənlərin nəzərinə!
- Rauf Namazova vəzifə verildi
- Bakıda taksi platformaları: hansı şirkət daha yaxşı nəticə göstərib?
- Baş nazirdən yeni qərar
- Sabahın havası: 27 dərəcə isti, yağış...
- Dövlət Məşğulluq Agentliyi bu il 5600 şəxs üçün peşə kursları təşkil edib
- FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı