Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qanunsuz tikililər sökülüb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
Ləğv edilən “Bakı Taksi Xidməti”nin rəhbəri kimdir? - MARAQLI FAKTLAR
- Naxçıvan sakinlərinə pensiya ilə bağlı şad xəbər
- Bu gün işdən tez çıxa biləcəksiniz
- “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olundu
- Əmək haqqı sahəsində gender bərabərliyinin daha dolğun təminatı...
- Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb
- İnsan alveri: 10 nəfər İnterpol kanalları ilə axtarışdadır
- Gəncədə qanunsuz tikililər söküldü - Video
- Qızıl axtaranlar qalanı məhv etdi, məhkəmə isə azad etdi - Foto