Biləsuvarda 2 gənc bıçaqlandı: saxlanılan var

09:10 - 7 May 2026 - GÜNDƏM

 Biləsuvarda 2 gənc bıçaqlandı: saxlanılan var

Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır.

BUTA.TV xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakinləri – 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaqlanıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarəti alan K.Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.

Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol