Bakı metrosu iş rejimində dəyişiklik edir

12:00 - 7 May 2026 - GÜNDƏM

 Bakı metrosu iş rejimində dəyişiklik edir

Bakı Metropoliteni QSC qeyri-iş günləri ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.

QSC-dən BUTA.TV-a verilən məlumata görə, 9 May − Faşizm Üzərində Qələbə Günü və mayın 11-də "28 May-Əhmədli" və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə, həmçinin "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.

İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol