Bakıda Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Radioelektron mübarizə bölmələrinin birgə taktiki-xüsusi təlimi" keçirilib.
Bu barədə BUTA.TV-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, mayın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər təlimin gedişatını izləyib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.
“Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”
Bildirilib ki, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək texnologiyaların tədbiqi ilə müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə müasir döyüş üsullarını məşq edib, qarşıya qoyulan tapşırıqları yüksək keyfiyyətlə icra edərək məqsədlərə nail olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki-xüsusi fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.
- Vado Korovinin qızı "Speys"dən uzaqlaşdırıldı
- Bakıda dirəyə bağlanmış dəvənin sahibi tapıldı - VİDEO
- Azərbaycan və Türkiyə hərbçiləri Bakıda təlim keçirdi - Video
- Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi
- Cinayət Məcəlləsinə yeni maddə əlavə olundu
- Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
- Xızının Fındığan kəndi içməli su ilə təmin olundu - Foto
- Abşeron dairəvi dəmir yolunda stansiyaların sayı 40-a çatdırılacaq