2026-cı ilin yanvar-mart aylarında turizm məqsədilə xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı azalıb.
BUTA.TV Valyuta.az-a istinadla xəbər verir ki, cari ilin ilk 3 ayında xaricə səfər edən işsiz şəxslərin sayı 887 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 nəfər və ya 2,95% azdır. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında bu kateqoriya üzrə xaricə səfər edənlərin sayı 914 nəfər olub.
İşsiz Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr arasında Gürcüstan və Rusiya ilk sıralarda yer alıb:
Gürcüstan - 404 nəfər
Rusiya Federasiyası - 173 nəfər
Çin - 56 nəfər
Birləşmiş Ərəb Əmirlikləri - 30 nəfər
Moldova - 25 nəfər
Özbəkistan - 23 nəfər
Belarus - 17 nəfər
Polşa - 17 nəfər
İran - 14 nəfər
Avstriya - 10 nəfər
Hindistan - 7 nəfər
İsrail - 3 nəfər
Niderland - 1 nəfər.
- Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlandı
- “Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi...” - Fotolar
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı
- Bakıda motosiklet yerüstü piyada keçidinə çırpıldı, sürücü öldü
- Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir
- WUF13: Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
- Göygöldə qəza: beş gənc xəsarət aldı
- Şəkidə dağlıq ərazidə köməksiz qalanlar xilas edildi - Video