Bu ərazilərdə 2 gün su olmayacaq

11:30 - 13 May 2026 - GÜNDƏM

 Bu ərazilərdə 2 gün su olmayacaq

Bakının Binəqədi rayonunun, eləcə də Sumqayıt şəhərinin və Abşeron rayonunun bəzi ərazilərinə suyun verilişində fasilə yaranacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması ilə bağlı aparılan işlərdir.

Fasilə mayın 14-ü səhər saatlarından mayın 16-sı günorta saatlarına qədər olacaq.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol