Prezident İlham Əliyev Bakı Metropoliteni QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, "Bakı Metropoliteni" Bakı Bus və Bakı Taksi Xidməti MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilir.
Maraqlıdır, bəs görəsən, taksi xidmətində ödənişləri "Bakı Kart" ilə etmək mümkün olacaq?
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-dən bildirilib ki, proses yeni başladığı üçün ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən edilməyib:
“Bakı Bus MMC və Bakı Taksi Xidməti MMC-nin Bakı Metropoliteni QSC-yə qoşulması ilə baş vermiş müvafiq yenilik şəhərdaxili ictimai nəqliyyatda vahid idarəetmə modelinə keçidin tərkib hissəsidir. Proses yeni başladığı üçün ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən edilməyib.
Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
Hazırkı mərhələdə əsas məqsəd müxtəlif nəqliyyat növlərinin vahid sistem daxilində daha səmərəli və koordinasiyalı idarə olunmasını təmin etməkdir. Gələcəkdə bu baxımdan sərnişinlər üçün ödəniş mexanizmlərinin daha rahat, çevik və rəqəmsal həllər əsasında inkişaf etdirilməsi istiqamətində müxtəlif yanaşmalar nəzərdən keçirilə bilər. Bununla belə, hər hansı yeni modelin tətbiqi ilə bağlı qərarlar yalnız texniki, əməliyyat və iqtisadi qiymətləndirmələrdən sonra veriləcək.
Bakıda metro və avtobus sistemində tətbiq olunan "Bakı Kart" modeli artıq multimodal ödəniş infrastrukturunun formalaşmasına imkan yaradıb. Beynəlxalq təcrübədə də vahid ödəniş sistemlərindən sərnişin rahatlığının artırılması üçün geniş istifadə olunur. Dünyanın bir sıra şəhərlərində sərnişinlər metro, avtobus və taksi xidmətlərindən eyni tətbiq, vahid balans və ya ümumi nəqliyyat kartı vasitəsilə istifadə edə bilirlər.
Müasir beynəlxalq təcrübədə metro və taksi xidmətlərinin inteqrasiyası üzrə müxtəlif yanaşmalar tətbiq edilir. Bir sıra şəhərlərdə metro çıxışlarında xüsusi taksi zonaları yaradılır, sərnişinlərin mənzilbaşına hərəkətini təmin edən digər xidmətlərdən istifadə edilir.
Əsas məqsəd sərnişinlər üçün ödəniş və hərəkət prosesini daha sürətli, rahat və şəffaf təşkil etməkdir. Prosesin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur və gələcəkdə tətbiq oluna biləcək yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcək".
- 28 marşrutun hərəkət sxemi dəyişdirilir - Bu tarixdən
- TƏBİB məlumat yaydı: Bu xidmət dayandırıldı
- Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - Video
- Azərbaycanda bu kəndlərə dolu düşdü, şimşək çaxdı
- Rayonlara yağış, kəndlərə dolu yağıb
- Taksilərdə "Bakı Kart"la ödəniş etmək mümkün olacaq?
- İbrahim İbrahimova yeni vəzifə verildi - Foto
- Lökbatandakı yanğın: "Birmarket"in işi bərpa edilib?