Xəzər dənizinin suyunun azalmasının səbəbi təkcə iqlim dəyişiklikləri deyil.
BUTA.TV xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend və ARB24 televiziya kanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif platformalarda Xəzəryanı dövlətlərlə əməkdaşlığa başlayıb:
“Tarixə baxdıqda Xəzər dənizinin suyunun azalması və çoxalmasını dəfələrlə müşahidə etmişik. Hazırki azalmanın səbəbi yalnız iqlim dəyişiklikləri deyil. Müxtəlif tədbirlər planlarının üzərində iş gedir. Əsasən bu planlar adaptasiya mexanizmləri üzərində qurulur. Həm Tehran Konvensiyası çərçivəsində, həm də ikitərəfli işçi qruplar vasitəsilə müzakirələr aparılır. Misal üçün, aprel ayında Qazaxıstanla ikitərəfli işçi qrupun ilk iclası keçirilib və müzakirələr artıq başlayıb. Nəticə etibarilə, bu məsələlərin həlli yalnız bir dövlət tərəfindən deyil, Xəzəryanı bütün dövlətlər tərəfindən birgə və ardıcıl tədbirlər vasitəsilə təmin edilməlidir”.
- Sabah bu ərazilərdə işıq olmayacaq
- Sərhəddə 1,5 milyon manatlıq siqaret ələ keçirildi
- Aldığı pulların hamısını qaytardığını deyib
- Azərbaycanda 2 bitki yağı emalı zavodu yaradılacaq
- Meteohəssas şəxslərin nəzərinə - Xəbərdarlıq
- Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
- Azərbaycanda yeni universitet yaradılacaq
- Bakı-Tiflis-Bakı qatarının hərəkət qrafiki