Bakı şəhərindəki fizika-riyaziyyat təmayüllü liseyin 11-ci sinif şagirdi, 2009-cu il təvəllüdlü Yusif Yaqubov dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərindən qəbul xəbərləri alıb.
“BUTA.TV”nun məlumatına görə, riyaziyyat üzrə respublika fənn olimpiadasının qaliblərindən biri olan Yusif dünyanın 10-dan çox nüfuzlu universitetindən qəbul alıb və onların bir neçəsində yüksək məbləğdə təqaüd qazanıb.
Y. Yaqubovun qəbul aldığı universitetlər arasında aşağıdakılar yer alır:
ADA Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC və digər yerli ali təhsil müəssisələri – imtahansız birbaşa qəbul
Edinburgh Universiteti – Böyük Britaniya
Shanghai Jiao Tong Universiteti – Çin Xalq Respublikası (37 000 ABŞ dolları təqaüd)
Harbin Institute of Technology, Shenzhen – Çin Xalq Respublikası (50 faiz təqaüd)
Bilkent Universiteti – Türkiyə (72 000 ABŞ dolları təqaüd)
Sabancı Universiteti – Türkiyə (109 500 ABŞ dolları təqaüd)
Koç Universiteti – Türkiyə (64 800 ABŞ dolları təqaüd)
Arizona State University – ABŞ (80 000 ABŞ dolları təqaüd)
Pace University, New York – ABŞ (148 000 ABŞ dolları təqaüd)
Seoul National Universiteti – Cənubi Koreya
Qeyd edək ki, Yaqubovlar ailəsi uzun müddət Bakı şəhərində məskunlaşıb. Yusif ailəsi ilə birlikdə Zəngilan şəhərinə köçən ilk ailələrdən birinin üzvüdür. Doğma yurduna qayıtdıqdan cəmi bir neçə gün sonra o, bu xəbərləri alıb.
Ziya Əmirxanlı

- Sabah bu ərazilərdə işıq olmayacaq
- Sərhəddə 1,5 milyon manatlıq siqaret ələ keçirildi
- Aldığı pulların hamısını qaytardığını deyib
- Azərbaycanda 2 bitki yağı emalı zavodu yaradılacaq
- Meteohəssas şəxslərin nəzərinə - Xəbərdarlıq
- Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
- Azərbaycanda yeni universitet yaradılacaq
- Bakı-Tiflis-Bakı qatarının hərəkət qrafiki