Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Milli Hidrometeorologiya Xidmətinin mayın 24-ü saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb.
Xidmətdən BUTA.TV-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.
Düşən yağıntının miqdarı Qaxda 47, Xaltanda (Quba) 16, Gədəbəydə 12, Naxçıvanda 9, Daşkəsəndə 8, Qusarda 5, Şahbuz, Kişçayda (Şəki) 4, Altıağacda 3, Gəncə, Tovuz, Naftalanda 2, Goranboy, Ağstafa, Şəmkir, Zaqatala, Balakən, Xaçmaz, Şabran, Ordubad, Şahdağda 1 mm-dək qeydə alınıb.
Mayın 23-də saat 18:45-18:50 radələrində Ağstafa rayonuna, saat 21:02 radələrində Şəmkir rayonu Daşbulaq kəndinə, saat 21:27 radələrində isə Gədəbəy rayonunun Qoşabulaq, Pərizamanlı, Samanlıq kəndlərinə xırda dənəli dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınıb.
- Sabah bu ərazilərdə işıq olmayacaq
- Sərhəddə 1,5 milyon manatlıq siqaret ələ keçirildi
- Aldığı pulların hamısını qaytardığını deyib
- Azərbaycanda 2 bitki yağı emalı zavodu yaradılacaq
- Meteohəssas şəxslərin nəzərinə - Xəbərdarlıq
- Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
- Azərbaycanda yeni universitet yaradılacaq
- Bakı-Tiflis-Bakı qatarının hərəkət qrafiki