İki nəfər ekofəal Fransanın Baş nazirinin Parisdəki iqamətgahının fasadına narıncı boya tökdükdən sonra saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Franceinfo" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
"İki nəfər ekoaktiv Fransanın baş nazirinin Parisdəki Matinyon sarayında yerləşən iqamətgahının fasadına boya səpib. 22 yaşlı kişi və 20 yaşlı qadın ictimai əmlaka ziyan vurduqları və hakimiyyətə rəhbərlik edən şəxsə hörmətsizlik etdikləri üçün nəzarətə götürülüblər", - məlumatda deyilir.
Bildirilir ki, fəallar öz hərəkətləri ilə Fransa hökumətinin iqlim dəyişikliyi ilə mübarizədə kifayət qədər tədbirlər görməməsindən narazılıqlarını bildirmək istəyiblər.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar