Belarus-Rusiya birgə regional qoşun qruplaşması Rusiyanı müdafiə etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Belarus müdafiə nazirinin müavini Andrey Juk deyib.
“Xüsusi bölmələrin hazırlığı həyata keçiriləcək. Ölkə ərazisində taktiki uçuş təlimi başlayacaq. Sonra müxtəlif növ heyət hazırlığı keçiriləcək. Hazırlığın mərhələlərindən biri də birgə təlim olacaq. Biz bunun üçün çalışırıq, düşünürəm ki, təlim yüksək keyfiyyətlə davam edəcək”, - nazir müavini bildirib.
O xatırladıb ki, Belarus və Rusiya prezidentlərinin qərarına əsasən, oktyabrın sonundan Belarus ərazisində qoşunların birgə regional qrupunun hazırlanması və koordinasiyası həyata keçirilir.
Qeyd edək ki, 2022-ci il oktyabrın 10-da Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə birgə regional qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəldiyini bəyan edib.
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar