“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
TƏBİB-dən BUTA.TV-a verilən məlumata görə, iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.
Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.
- Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
- Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
- Sürücülərə müraciət: Bu yollarda diqqətli olun!
- Bu ərazilərdə işıq olmayacaq
- Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək