Futbolçular da matçın əhəmiyyətini yaxşı dərk edirlər. İki matç arasında olan bir həftə ərzində heç nəyi dəyişmək mümkün deyil. Sevindiricidir ki, komanda oyundan sonra hər şeyə düzgün reaksiya verdi və qarşıdakı matça hazırlaşmağa başladı.
BUTA.TV xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Kiprdə "Omoniya"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
"Futbolçular da ilk qarşılaşmada yaxşı futbol göstərdiklərini dərk edirlər. Layiqli mübarizə aparacaq və istədiyimiz nəticəni alacağıq. Azarkeşlərimiz bizimlə olmasa da, onları sevindirməyə çalışacağıq”, - E.Baxşıyev vurğulayıb.
Qeyd edək ki, avqustun 3-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk oyunda "Qəbələ" rəqibinə 2:3 hesabı ilə uduzub.
- Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı...
- Anar Əliyev Laçında vətəndaşları qəbul etdi
- "Gəncə Təndiri" fəaliyyətini dayandırdı - Foto
- Vüsal Nəsirlinin müavinləri işdən çıxarılıb?
- Pulunuzu artırmaq üçün fürsət: Əmanətiniz illik 12% gəlir gətirsin!
- Bu dövlət şirkəti ləğv olunur
- Azərbaycanda vəzifəli şəxsə hökm oxundu
- Zamin Zəkiyə hökm oxundu