Ermənistan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində təxribatları davam etdirir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhaliyə Azərbaycan tərəfi ilə razılaşdırmadan “humanitar yük” daşıyan avtomobil karvanı iyulun 26-dan etibarən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfindəki aşırımda dayanıb.
BUTA.TV xəbər verir ki, avqustun 2-də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərəkət etmək istəyən daha iki yük avtomobili digər yük avtomobillərinin dayandığı əraziyə gəlib. Bununla da avtomobil karvanında olan nəqliyyat vasitələrinin sayı 21-ə çatıb.
Qeyd edək ki, aprelin 23-dən – “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi qurulduğu vaxtdan indiyədək Qarabağın 2 mindən artıq sakininin Ermənistana asan şəkildə gediş-gəlişi təmin olunub.
- Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı...
- Anar Əliyev Laçında vətəndaşları qəbul etdi
- "Gəncə Təndiri" fəaliyyətini dayandırdı - Foto
- Vüsal Nəsirlinin müavinləri işdən çıxarılıb?
- Pulunuzu artırmaq üçün fürsət: Əmanətiniz illik 12% gəlir gətirsin!
- Bu dövlət şirkəti ləğv olunur
- Azərbaycanda vəzifəli şəxsə hökm oxundu
- Zamin Zəkiyə hökm oxundu