Cari ilin oktyabrında Azərbaycanda “Instagram”dan istifadə edənlər 44.87 faiz olub ki, bu da iyul ayı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır.
BUTA.TV xəbər verir ki, bu barədə “statcounter.com” məlumat yayıb. Məlumatda qeyd olunub ki, 2023-ci ilin iyulunda “Instagram”dan istifadə edənlər 53.76 faiz təşkil edib. Saytın yaydığı xəbərə görə, öncəki aylarla müqayisədə ölkədə “Facebook”dan istifadədə azalma olub. Belə ki, may ayında bu sosial şəbəkədən istifadə edənlər 31.8, ötən ay isə 20 faiz təşkil edib.
Digər sosial şəbəkələrlə yanaşı “Youtube”a da maraq azalıb. Nəticə etibarı ilə ötən ilin dekabrında “Youtube”a üstünlük verənlər 24.78 faiz, cari ilin oktyabrında 10.08 faiz olub.
Uzun illərdir ki, Azərbaycanda ən az maraq göstərilən sosial şəbəkələrdən biri isə “Twitter“ olub. Ötən ilin dekabrında bu sosial şəbəkəyə marağı olan istifadəçilər 9.35, cari ilin oktyabrında isə 6.02 faiz olub.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Qeyd edək ki, açıqlanan məlumatlar sırasında “Telegram”la bağlı hər hansı məlumat yoxdur.
- İrandan 55 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
- NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi... - Rəsmi
- Prezidentin təltif etdiyi Fərəcov məşhur “91-lər”dəndir
- Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...
- Bir vəkilə töhmət verildi, digərinə xəbərdarlıq edildi
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək