Azərbaycan və Ermənistan arasında nizamlanma yalnız regiondankənar qüvvələr münaqişəyə müdaxiləni dayandırdıqda mümkündür, lakin hələlik Qərbin addımları vəziyyəti daha da gərginləşdirir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclasında deyib.
"Biz həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şərait yaradılmasında, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıyıq. Bu məqsədlə Rusiya sözügedən ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması naminə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır. Təcrübə göstərir ki, bu, yalnız regiondankənar qüvvələrin müdaxiləsi olmadığı halda mümkündür. Qərb ölkələrinin hərəkətləri regionda vəziyyətin pisləşməsinə səbəb olur və orada ziddiyyətlərin qalmasına şərait yaradır", - o bildirib.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm