5 günlük atəşkəs müqabilində 70-ə qədər israilli girovu azad etməyə hazırıq.
BUTA.TV xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadasının nümayəndəsi Əbu Ubeydə bildirib.
Onun sözlərinə görə, keçən həftə HƏMAS Qətərin vasitəçiliyi ilə israilli girovların azad edilməsi üçün danışıqlar aparıb. Onların azadlığa buraxılması müqabilində Fələstin hərəkatı İsrail həbsxanalarında olan 200 fələstinli uşaq və 75 qadının azad edilməsini tələb edib.
"Düşmən Qəzzada girov saxlanılan 100 qadın və uşağın azad edilməsini tələb etdi. Biz vasitəçilərə bildirdik ki, atəşkəs zamanı 5 gün ərzində 50 qadın və uşağı azad edə bilərik, bu rəqəm sonda 70-ə çata bilər", - Ubeydə vurğulayıb.
- Bu assosiasiyaya yeni rəhbər təyin edildi
- DOST TV-nin 2 yaşı tamam olur
- Ər və arvadı bıçaqlandı: 18 yaşlı oğulları saxlanıldı
- Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi