Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, yaralılardan biri həyatını itirib. Hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xəsarət alanlar aşağıdakılardır:
1991-ci il təvəllüdlü Nübar Alışalı qızı Əkbərova
1999-cu il təvəllüdlü Fatimə Xalıq qızı Hətəmova
1994-cü il təvəllüdlü Püstəxanım Hafiz qızı Mikayılova
1991-ci il təvəllüdlü Səbinə Zülfüqar qızı Bağırlı
1997-ci il təvəllüdlü Aynur Mirzağa qızı Məmmədova
1990-cı il təvəllüdlü Elnurə Xoşbəxt qızı Məlikova
2003-cü il təvəllüdlü Səbuhi Rüfət oğlu Zalıyev
2000-ci il təvəllüdlü Xanım Etibar qızı Səmədova
2017-ci il təvəllüdlü Mələk Azad qızı Məmmədova
2018-ci il təvəllüdlü Nuray Azad qızı Məmmədova.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
- Leyla və Alyona Əliyevalar film təqdimatında... - Foto
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq
- SXA-da dörd nəfərə yüksək vəzifə verildi
- 32 yaşında prorektor oldu
- 445 min manat mənimsəyən qadın Azərbaycana gətirilir
- Bakıda bu yollar təmir olunacaq
- Bakıda icazəsiz ev tikmək olar? - Ekspert açıqladı
- Abşeronda yağışın fəsadları aradan qaldırılır