Rusiya İctimaiyyətlə Əlaqələr Assosiasiyası (RASO) illik “Hamburq Hesabı” siyasi mükafatının nəticələrinə yekun vurub.
BUTA.TV xəbər verir ki, 2023-cü ilin qalibləri arasında Macarıstan Baş naziri Viktor Orban, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Slovakiyanın Baş naziri Robert Fiso da var.
“Xarici ölkələr arasında: ilin siyasətçisi Viktor Orban, ən yaxşı prezident seçkiləri kampaniyasının qalibi Rəcəb Tayyib Ərdoğan, ən yaxşı parlament seçkiləri kampaniyasının qalibi isə Robert Fisonun Smer partiyasıdır”, – deyə qurumun məlumatında deyilir.
Qeyd edək ki, “Hamburq hesabı” siyasi mükafatı 2016-cı ildə Rusiya İctimai Əlaqələr Assosiasiyası tərəfindən təsis edilib.
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı