Tehranda iş yerləri, o cümlədən, şirkətlər, mağazalar, restoranlar və başqa ictimai yerlərə türk adlarının verilməsi qadağandır.
BUTA.TV xəbər verir ki, bunu Tehran polisinin İctimai yerlərə nəzarət bölməsinin başçısı polkovnik Nadir Muradi açıqlamasında deyib.
“Bundan əvvəl verilən sərəncama görə paytaxtda türk adlarından istifadə qadağan edilib və buna riayət edilməlidir. Türk adlarından türklər yaşayan əyalətlərdə istifadə edilməsi mümkündür”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan əyalətlərində də türk adlarından istifadəyə məhdudiyyətlər tətbiq edilir.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...