Ermənistan İstintaq Komitəsi respublikanın Milli Arxivindən materialların guya Azərbaycana ötürülməsi faktı ilə bağlı dövlətə xəyanət və casusluq maddələri üzrə cinayət işi başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı “Pastinfo” nəşri İstintaq Komitəsinə istinadla yayıb.
Hüquq-mühafizə orqanları ötürülən materialların məzmunu və aid olduğu dövr barədə hələlik açıqlama verməyib. Bununla belə, İstintaq Komitəsi bildirib ki, hazırda istintaq çərçivəsində Milli Arxivin heç bir əməkdaşı saxlanılmayıb.
Mənbələrin məlumatına əsasən, cinayət işi üzrə ittiham olunan bir nəfər var və ehtimal edilir ki, bu şəxs Milli Arxivin keçmiş əməkdaşıdır.
Hazırda cinayət işinin detalları ictimaiyyətə açıqlanmır.
Qeyd edək ki, daha əvvəl mediada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin arxiv işçilərindən ibarət bir qrupu gizli materialları guya Bakıya ötürməkdə şübhəli bilərək, saxladığı barədə xəbərlər yayılmışdı.
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi