Xəzəryanı ölkələrin xarici işlər nazirləri, eləcə də müvafiq sahələri təmsil edən ekologiya, enerji və yerli idarəetmə qurumlarının nümayəndələri vaxtaşırı olaraq Xəzər dənizi ilə bağlı geniş spektrli məsələləri müzakirə edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinq zamanı Azərtac-a bildirib.
Onun sözlərinə görə, Xəzər dənizi logistika imkanlarının inkişafı baxımından əhəmiyyətli potensiala malikdir və beş sahilyanı ölkənin hər biri üçün mühüm rol oynayır.
A. Smadiyarov vurğulayıb ki, Xəzərin dayazlaşması məsələsi heç vaxt gündəlikdən çıxmayıb:
“Alimlər Xəzər dənizinin suyunun azalması məsələsi üzərində işləyirlər. Hazırda konkret olaraq hansı tədqiqatların aparıldığını deyə bilmərəm, lakin bu məsələ bizim üçün olduqca önəmlidir”.
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi