İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
İsrailin nəyi hədəfə aldığı hələlik bəlli deyil, lakin Tehranda partlayışlar olduğu bildirilir.
“Fars” agentliyi isə bildirib ki, İran paytaxtında ən azı altı partlayış səsi eşidilib.
Bu arada İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib:
“İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir”.
Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək