İsrail hücumu: bir neçə təyyarə Bakıya eniş etdi

İsrail hücumu: bir neçə təyyarə Bakıya eniş etdi

Tarix: Siyasət

İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın beynəlxalq hava limanları İctimaiyyətlə Əlaqələr xidməti məlumat yayıb.

Belə ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib:

”AJet” – İstanbul–Tehran (Boeing 737) ”Fly Dubai” – Minsk–Dubay, Kazan–Dubay, Sankt-Peterburq–Dubay, Moskva–Dubay (Boeing 737) ”Air Arabia” – Moskva–Şarjah (Airbus A320) ”Jazeera Airways” – Maxaçqala–Küveyt, Moskva–Küveyt (Airbus A320) ”Etihad Airways” – Moskva–Abu-Dabi (Boeing 787) ”Turkish Airlines”- İstanbul-Pxuket (Airbus A330)

Heydər Əliyev Beynəlxalq Aeroportu bu reyslərin qəbulunu sərnişin təhlükəsizliyi, rahatlığı və sürətli logistik koordinasiya prinsiplərinə tam uyğun şəkildə təmin edib.

Qeyd edək ki, Bakı hava limanı regionda etibarlı tranzit və hava nəqliyyatı habı olaraq, regional və qlobal aviasiya marşrutlarının hər cür fövqəladə şəraitdə təhlükəsiz şəkildə yönləndirilməsi üçün tam infrastruktura və operativ imkanlara malikdir.