İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən açıqlama verib.
Bildirmək istərdik ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq.
- Bakıda 61 yaşlı kişi faciəvi şəkildə öldü
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü