Son günlər sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevin vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alması ilə bağlı məlumatlar yayılıb. İddialara əsasən, Məhəmməd Quliyev 2019-cu ildə leytenant rütbəsi ilə DSX-də xidmətə başlayıb və cəmi altı il ərzində yüksək rütbəyə layiq görülüb.
BUTA.TV xəbər verir ki, yayılan iddialarla bağlı Dövlət Sərhəd Xidməti Gununsesi.info-nun sorğusuna cavab verib.
Qurumdan bildirilib ki, yayılan məlumatlar reallığı əks etdirmir:
"Bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd edirik ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev hazırda qurumun sıralarında xidmət etmir".
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb