Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Arakçı ilə telefon danışığı zamanı bu ölkənin nüvə obyektləri ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) paylaşıb.
Bildirilib ki, Azərbaycan XİN başçısı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.
Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.
- Bakıda 61 yaşlı kişi faciəvi şəkildə öldü
- NK bu səlahiyyətindən məhrum ola bilər
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü