Naxçıvan Taxıl Məhsulları MMC-nin rəhbəri barədə cinayət işi başlanılıb.
BUTA.TV Oxu.az-a istiandən xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində şübhəli bilinir.
Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılır.
Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə bağlı olduğu bildirilən "Gəmiqaya Holdinq"lə əlaqəsi olduğu iddia olunur.
Belə ki, "MEST-1" və "MEST-3" MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda "Gəmiqaya Turizm" MMC-nin də qanuni təmsilçisidir.
Xatırladaq ki, "Gəmiqaya Holdinq"in adı bir müddət əvvəl "Arkoz Holdinq" olaraq dəyişdirilib. Hazırda isə ölkədə "Gəmiqaya" və "Arkoz" adları ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər mövcuddur.
- Ramazanın 22-ci günü: dua, imsak və iftar vaxtı...
- Anar Əliyev Laçında vətəndaşları qəbul etdi
- "Gəncə Təndiri" fəaliyyətini dayandırdı - Foto
- Vüsal Nəsirlinin müavinləri işdən çıxarılıb?
- Pulunuzu artırmaq üçün fürsət: Əmanətiniz illik 12% gəlir gətirsin!
- Bu dövlət şirkəti ləğv olunur
- Azərbaycanda vəzifəli şəxsə hökm oxundu
- Zamin Zəkiyə hökm oxundu