Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) adından istifadə edən kurslarla bağlı xəbərdarlıq edib.
BUTA.TV qurumun açıqlamasını təqdim edir:
"Son günlər bəzi özəl tədris mərkəzlərinin ETX-nin adından istifadə edərək kurslar keçirməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır. Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər.
ETX hər hansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizlik təlimlərinin keçirilməsi istiqamətində əməkdaşlıq etmir. Qeyd olunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil.
ETX-nin fəaliyyət istiqamətləri barədə məlumatlar qurumun rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır.
Vətəndaşlardan xahiş olunur ki, ETX-nin fəaliyyəti ilə bağlı məlumatları rəsmi mənbələrdən əldə etsinlər və bu kimi hallarla qarşılaşdıqda 1654 qaynar xəttinə və ya [email protected] elektron poçt ünvanına məlumat versinlər".
- Xoşqədəm Hidayətqızının da verilişi dayandırıldı
- Azərbaycanın ABŞ-dakı səfirliyindən mühüm məlumat...
- "Blogerlər"in saxta fotoları - DTX yalanları ifşa etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Prezidentin ailəsini şantaj edən şəxs saxlanıldı - Video
- Kəlbəcərdə ilk kütləvi Novruz tədbiri keçirildi
- Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
- Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı...