Nazirlik tərəfindən aqrar istiqamət üzrə 30-dan çox peşə hazırlığı kursu təklif olunur.
BUTA.TV xəbər verir ki, bunu bu gün Cəlilabadda keçirilən Aqrar Biznes Festivalında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, aqrar sektorda məşğul əhalinin peşə bacarıqlarının inkişafı, işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili məşğulluq sahəsində həyata keçirilən tədbirlərin prioritet istiqamətlərindən birini təşkil edir.
Aqrar sahəyə aid 128 peşə və kvalifikasiya standartları hazırlanmışdır. Bu standartlar beynəlxalq əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin hazırlanmasına və bacarıqlarının artırılmasına, habelə işəgötürənlər üçün ixisaslı işçi qüvvəsinin seçiminə xidmət edir.
“Kənd təsərrüfatı sahəsində çalışan şəxslərin peşə bilik və bacarıqlarının artırılması, habelə işsiz və işaxtaran şəxslərin aqrar istiqamət üzrə yeni peşə səriştələrinə yiyələnməsi məqsədilə Nazirlik tərəfindən 30-dan çox peşə hazırlığı kursu təklif olunur”, - deyə nazir diqqətə çatdırıb.
- Xoşqədəm Hidayətqızının da verilişi dayandırıldı
- Azərbaycanın ABŞ-dakı səfirliyindən mühüm məlumat...
- "Blogerlər"in saxta fotoları - DTX yalanları ifşa etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Prezidentin ailəsini şantaj edən şəxs saxlanıldı - Video
- Kəlbəcərdə ilk kütləvi Novruz tədbiri keçirildi
- Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
- Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı...