Kürdəmirdə 7 yaşlı uşağı maşın vurub öldürdü

15:00 - 22 Mart 2026 - GÜNDƏM

 Kürdəmirdə 7 yaşlı uşağı maşın vurub öldürdü

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Çöl-Ərəb kəndində qeydə alınıb.

Məlumata görə, 2019-cu il təvəllüdlü Hüseynov Hidayət Sahil oğlu yolu keçərkən VAZ-2107 markalı avtomobil onu vurub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Namiq villasını nümayiş etdirdi - Video

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol