Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Əl Taniyə başsağlığı verib.
Bu barədə BUTA.TV-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
"Qətər-Türkiyə Birləşik Müştərək Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun, ASELSAN şirkətinin iki texniki əməkdaşının və Qətər Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin", - başsağlığında bildirilib.
- Müəllim olan arvadını öldürən şəxslə bağlı qərar...
- Temperatur 23 dərəcəyə yüksələcək
- Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident
- İlham Əliyev Şamaxıda səfərdədir - Foto
- Azərbaycanlı gənc ABŞ-da itkin düşdü - Foto
- Tanınmış fotoqrafın evində yanğın oldu - Video
- Azərbaycanda oğul anasını öldürdü
- "Milli namus məsələsi" - Sənədli film