Sabah bu şəhərdə qaz olmayacaq

17:54 - 23 Mart 2026 - GÜNDƏM

 Sabah bu şəhərdə qaz olmayacaq

Sabah Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz”dan BUTA.TV-a verilən məlumata görə, aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq martın 24-də saat 10:00-dan etibarən bir sıra ərazilərdə qazın verilməsi dayandırılacaq.

Məlumata görə, qaz təchizatında yaranacaq fasilə Yaşıldərə və Ceyranbatan qəsəbəsi, Qurd dərəsi, Novxanı, Corat bağları, Corat və Yeni Corat yaşayış massivləri, eləcə də Novruz qəsəbəsini əhatə edəcək.

Bununla yanaşı, Sumqayıt şəhəri üzrə 10, 11, 12, 13 və 17-ci mikrorayonların bir hissəsində, həmçinin 51-ci və 52-ci məhəllələrdə də qazın verilməsi müvəqqəti dayandırılacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda oğul anasını öldürdü

Qaz təchizatında fasilə ümumilikdə 40 minə yaxın abonenti əhatə edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol