Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı

00:54 - 7 Aprel 2026 - GÜNDƏM

 Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 95 faiz tamamlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə sənəd qəbulu aprel ayının ortalarına qədər aparılacaq:

"Müraciət edənlər arasında uşaqlar, eyni zamanda məşhur şəxslər də var. sənəd qəbulu başa çatdıqdan sonra ətraflı məlumat veriləcək. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir".

Xatırladaq ki, Vüsal Cahangiri daha əvvəl regionda baş verən gərginliyin Həcc ziyarəti üçün müraciətlərə təsir etmədiyini də açıqlamışdı:

"Hazırda regionda baş verən gərginliklərlə bağlı heç bir dəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Qeydiyyat prosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər yoxdur, gündəlik müraciətlər qeydə alınır", - deyə o bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol