Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına rəis əvəzi təyin olunub.
BUTA.TV İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Belə ki, Xəzər Dəniz Neft Donanmasına rəhbərlik Azər Qasımova həvalə olunub.
Məlumata görə, A.Qasımov Donanmada şöbə müdiri vəzifəsində çalışır.
Xatırladaq ki, Donanmanın rəisi vəzifəsində əvvəllər Taqət Qurbanov çalışıb. O, bir neçə gün əvvəl 2017-ci ildən bəri çalışdığı vəzifəsindən azad edilib.
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- Bu tarixə kimi yağış yağacaq - Xəbərdarlıq
- DSX-nin elit hərbçilərinə beret verildi - Foto