Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən növbəti səyyar qəbul keçirilib.
BUTA.TV xəbər verir ki, qəbul Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində təşkil olunub.
Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də yerli sakinlər iştirak ediblər.
Şəhər rəhbəri səyyar qəbulların keçirilməsinin əsas məqsədinin vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, onların gündəlik həyatında qarşılaşdıqları çətinliklərin yerində öyrənilməsi və operativ şəkildə aradan qaldırılmasından ibarət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu cür görüşlər vətəndaş məmnunluğunun artırılması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qəbul zamanı sakinlər tərəfindən əsasən sosial təminat, məşğulluq imkanlarının genişləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlərlə bağlı məsələlər və digər aktual problemlər qaldırılıb. Müraciətlərin bir hissəsi yerində araşdırılaraq müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib, onların icrası nəzarətə götürülüb.
Qeyd edək ki, Sumqayıt şəhərində sakinlərin müraciətlərinin vaxtında araşdırılması və operativ həlli məqsədilə səyyar qəbullar mütəmadi olaraq keçirilir.
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı
- Bu istiqamətdə yüklərin daşınması 190 faiz artdı
- Bakıda Xameneinin anım mərasimi keçirildi
- Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi
- Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü
- Bakıda güclü külək əsəcək
- Qaçqınkom qardaşların iddialarına aydınlıq gətirdi
- Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır