Mövcud yanaşmalarda əsas problemlərdən biri sualların mahiyyətindədir.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
"Müşahidələrim göstərir ki, Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə. Halbuki sualın əsas məqsədi insanın nəyisə bacarıb-bacarmadığını üzə çıxarmaq olmalıdır. Bu yanaşma dəyişməlidir. Bu, ayrı-ayrı qurumların deyil, ümumilikdə Azərbaycan pedaqogikasında mövcud olan problemdir və daha çox fənn mütəxəssislərinə yönəlmiş çağırışdır".
Nazir əlavə edib ki, imtahan sistemində tədricən dəyişikliklər aparılmalıdır:
"İnanıram ki, bu kimi məqamlar Azərbaycan imtahan sistemində mərhələli şəkildə dəyişəcək. Məleykə xanımın da qeyd etdiyi kimi, xüsusilə kognitiv bacarıqların və sosial-emosional zəkanın ölçülməsi gələcək üçün son dərəcə vacibdir. Çünki gələcəyin uğurlu kadrlarını məhz bu bacarıqlar müəyyən edəcək".
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı