Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı

13:20 - 11 Aprel 2026 - GÜNDƏM

 Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda bir nəfərə məxsus velosiped oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən BUTA.TV-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı M.Abiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, zərərçəkən velosipedini rayon ərazisindəki marketlərin birinin qarşısında saxlayıb. Daha sonra ərazidən keçən M.Abiyev velosipedi oğurlayaraq 800 manata satıb.

Araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol