Salyanda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınınb.
Məlumata görə, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində Sumqayıt şəhər sakinləri 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı, 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri - V.Paşayeva yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video