Qubada qarın hündürlüyü 3 metrə çatdı - Video

01:26 - 14 Aprel 2026 - GÜNDƏM

 Qubada qarın hündürlüyü 3 metrə çatdı - Video

Quba rayonunun dağlıq ərazilərinə qar yağıb.

BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, Xınalıq kəndi ərazisində qarın hündürlüyü hazırda 10 santimetrə çatır.

Bildirilib ki, son günlər yağan qar Susay-Xınalıq avtomobil yolu boyunca maraqlı mənzərə yaradıb. Yolun Susay və Qalaxudat kəndləri istiqamətində bəzi çökək hissələrində qarın hündürlüyü 3 metrə qədər yüksəlib.

Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, yol kənarlarında hündür “qar divarları” formalaşıb. Bu mənzərə bəzi ərazilərdə bir kilometrədək məsafədə müşahidə olunur.

Bu xəbər hal-hazırda çox oxunur
"Fırınçı" kafesində nöqsanlar aşkarlandı

Hazırda yolda nəqliyyatın hərəkəti təmin olunsa da, ərazidə hava şəraiti dəyişkən olaraq qalır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol