Ağdam rayonunda baş verən bədbəxt hadisə iki nəfərin ölümü ilə nəticələnib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, İlkin Babayev iki gün əvvəl tikintidə işləyərkən faciəli şəkildə həyatını itirib.
Məlumata görə, o, beton tökmə işləri zamanı ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan İlkin Babayevin həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, dünən onun dəfn mərasimi keçirilərkən mərhumun qayınanası Nüşabə Cəfərovanın halı qəfil pisləşib. Stres səbəbindən vəziyyəti ağırlaşan qadın xəstəxanaya aparılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos
- Qubada qardaş qardaşı bıçaqladı
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!